Yuxarı

Panfilov: “Putin imperiyanın bərpası üçün gətirilib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Panfilov: “Putin imperiyanın bərpası üçün gətirilib”

Putin hakimiyyətə Rusiya imperiyasının bərpası üçün gətirilib.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında gürcüstanlı ekspert Oleq Panfilov söyləyib. Onun sözlərinə görə, Rusiya heç vaxt ərazilərinin müdafiəsi uğrunda savaş aparmayıb:

"Rusiya imperiyadır. Putin hakimiyyətə bu imperiyanın bərpası üçün gətirilib. Mən indiyə qədər əminəm ki, Putini hakimiyyətə gətiriblər. Bu vaxta qədər isə o, nə ictimaiyyətə məlum siyasətçi, nə də ki, reformator olub. O, sadəcə olaraq imperiyanı bərpa etməyə çalışan çekistlərin planının bir hissəsidir. Rusiya ətrafında yaradılan destablizasiya qurşağı haqqında Moskvada başqa cür düşünürlər. Onlar hesab edirlər ki, bu, stabillik qurşağıdır. Əgər İkinci Dünya müharibəsini xatırlasanız, görərsiniz ki, o, SSRİ ərazisinin azad edilməsi yox, bir neçə ölkənin tutulması ilə bitdi. Ona görə də Böyük Vətən Müharibəsi sovet sərhədləri keçilənə qədər davam etdi. Ardınca isə artıq Şərqi Avropanın işğalı başladı. Bunlar bir zamanlar SSRİ ilə NATO arasında stabillik qurşağı yaradan ölkələrdir. Rusiya və SSRİ İkinci Dünya savaşının kiçik bir hissəsindən başqa heç vaxt öz ərazilərinin müdafiəsi uğrunda savaşmayıblar. O, yalnız qonşu ölkələrin ərazilərinin işğalı ilə məşğul olub".

Tarix
2016.03.02 / 16:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla