Yuxarı

Blinkenin Rəisi haqda utandırıcı bəyanatı... - Peskov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Blinkenin Rəisi haqda utandırıcı bəyanatı... - Peskov

ABŞ nümayəndəsinin bu qədər utandırıcı və kobud bəyanat verəcəyinə inanmaq çətindir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Entoni Blinkenin helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Düzünü desəm, mən hələ bu açıqlamanı orijinalda görməmişəm. İnanmaq çətindir ki, diplomat, xüsusən də ABŞ kimi bir ölkənin yüksək rütbəli nümayəndəsi diplomatik baxımdan belə utandırıcı bəyanat verə bilər. Və mahiyyət etibarı ilə desək, bu, bütöv bir xalqa qarşı kobud bir ifadədir”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı “Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşı oldu” deyib.

Tarix
2024.05.22 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla