Yuxarı

Ramiz Mehdiyevin Feysbukda saxta səhifəsi yaradılıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevin Feysbukda saxta səhifəsi yaradılıb

Prezident Administrasiyasnnın rəhbəri Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində bir həftə əvvəl açdığı rəsmi səhifənin oxşarı və saxtası yaradılıb.

"Axar.az" "Modern.az"a istinadən xəbər verir ki, eyni foto və örtük şəkli əks olunmuş oxşar səhifədə Ramiz Mehdiyevin adından müxtəlif statuslar da yazılır.

Ramiz Mehdiyevin həqiqi rəsmi səhifəsində sonuncu status fevralın 6-da yazılıb. Saxta səhifədə isə "Ramiz Mehdiyev" daha aktivdir, fevralın 6-dan sonra, elə dünən də təhsil, gəncliklə bağlı bir neçə status yazıb, 70-ci ilərdə mərhum eks-prezident Heydər Əliyevlə çəkdirdiyi fotoları paylaşıb.

Saxta səhifə hər şeyilə rəsmi səhifəyə oxşar olduğundan həm də çaşdırıcıdır.

Səhifənin bəyənənlərin sayı bu profilin saxta olması qənaətini möhkəmlədir. Belə ki, rəsmi səhifə yarandığı gündən bəri onu 10 min Feysbuk izləyici bəyənibsə, saxta səhifədə bu say cəmi 1400 nəfərdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində rəsmi səhifəsi fevralın 4-də fəaliyyətə başlayıb.

Tarix
2014.02.11 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla