Yuxarı

Azərbaycan yüksəklikləri ələ keçirib - Çin mediası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yüksəklikləri ələ keçirib - Çin mediası

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə Çin kütləvi informasiya vasitələri geniş yer ayırıb.

Azərtac xəbər verir ki, milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası CCTV, rəsmi "Jenmin Jibao" qəzeti, Çin Beynəlxalq Radiosu (CRI), digər televiziya kanalları və xəbər saytları qoşunların təmas xəttində baş verən hadisələr barədə repojlar yayımlayıblar.

Xəbərlərdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadla qeyd edilir ki, aprelin 2-ə keçən gecə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri 127 dəfə atəşə məruz qalıb. Azərbaycan ordusu cavab həmlə ilə Talış kəndi ətrafındakı yüksəkliklərə, Seysulan məntəqəsinə və "Lələ təpə" adlandırılan yüksəkliklərə nəzarəti ələ keçirib. Qeyd olunur ki, döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 100-dən çox şəxsi heyəti ölüb və yaralanıb.

Çin mətbuatı yazır ki, 1988-ci ildən başlanan münaqişə zamanı Ermənistan silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik bir neçə rayonu işğal edib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, cəbhə xəttində mütəmadi atışmalar qeydə alınır. Münaqişənin həllinə vasitəçilik etmək üçün Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə fəaliyyət göstərən Minsk qrupu formatında aparılan danışıqlar heç bir nəticə verməyib.

Tarix
2016.04.03 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla