Yuxarı

Rusiya Alyaskanı geri istəyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Alyaskanı geri istəyir?

ABŞ-da yaşayan rus əsilli məşhur hüquqşünas Konstantin Şuqayev Alyaska bölgəsinin ABŞ-a satışı zamanı müqavilə şərtlərinə əməl edilmədiyini bildirib. Şuqayev bu bölgəni Putinə hədiyyə etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Qazeta" qəzeti məlumat yayıb.

"Rus əsilli ABŞ vətəndaşı Şuqayevin "Qaret, Piterson və Şuqayev" adlı hüquq xidmətləri göstərən şirkəti var. Həmin şirkət arxivlərə istinadən edərək, Rusiya tərəfindən Alyaskanın ABŞ-a satışı zamanı müqavilə şərtlərinə əməl edilmədiyini sübut etmək istəyir. Həmin arxivlərdə satışın həyata keçirildiyi gün ABŞ Nümayəndələr Palatasının səlahiyyətlərinin ləğv edildiyi göstərilir. Lakin Nümayəndələr Palatasının həmin gündə bu satışı təsdiqlədiyi də qeyd olunur. ABŞ qanunlarına görə isə Nümayəndələr Palatası ilə yanaşı, Senatın da alış-satışı təsdiqləməsi mütləqdir. Bütün bu prosedurda olan boşluqları ortaya çıxaran Şuqayev Alyaskanın ABŞ-a satılmasının 150-ci ildönümündə, yəni 2017-ci ildə Rusiya lideri Vladimir Putinə bu bölgəni hədiyyə etməyi planlaşdırır", - məlumatda vurğulanıb.

Nəşr həmçinin bu məsələnin arxasında Kremlin durduğunu da iddia edib.

Qeyd edək ki, Alyaska 1867-ci ildə Rusiya çarı II Nikolay tərəfindən ABŞ-a 7 milyon dollara satılıb.

Tarix
2016.04.03 / 23:52
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla