Yuxarı

Durov rusdur, ona görə də təhlükəlidir - Medvedyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pavel Durov FTB ilə əməkdaşlıq edən Mask və Zukerberqdən fərqli olaraq, Rusiyanın düşmənləri üçün rusdur və buna görə də təhlükəlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram səhifəsində yazıb.

Onun sözlərinə görə, bir vaxtlar Durovdan niyə ağır cinayətlər üzrə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmədiyini soruşub. "Bu mənim prinsipial mövqeyimdir” dedi, “Onda istənilən ölkədə ciddi problemlər olacaq”, - dedim. O hesab edirdi ki, onun ən böyük problemləri Rusiyadadır və o getdi, sonra da başqa ölkələrdə vətəndaşlıq/yaşayış icazəsi aldı (Durov həm də Fransa vətəndaşıdır - red.). Vətəni olmadan yaxşı yaşayan parlaq “dünya adamı” olmaq istəyirdi”, - Medvedyev qeyd edib.

Medvedyev vurğulayıb ki, rusiyalı iş adamı səhv hesablayıb:

“Bütün indiki ümumi düşmənlərimiz üçün o, rusdur və buna görə də gözlənilməz və təhlükəlidir. Fərqli qandır. Mask və ya Zukerberq deyil. Durov nəhayət başa düşməlidir ki, Vətəni seçmək olmur”, - Medvedyev bildirib.

Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılıb.

Tarix
2024.08.25 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla