Yuxarı

Türkiyə-Suriya normallaşması: Ankaranın 4 şərti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması məsələsi yenidən gündəmə gəlib. Türkiyə Xarici işlər Nazirliyindəki mənbələr münasibətlərin normallaşması üçün lazım olan şərtlər barədə açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ankara tərəfindən bu 4 şərt əsas hesab edilir:

1. Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün ərazisini terrorçu ünsürlərdən təmizləmək;

2. Suriya hökumətinin öz xalqı ilə, xalqının haqlı tələb və gözləntiləri əsasında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əsl milli sülhə nail olmaq;

3. Bununla əlaqədar təhlükəsiz qayıdış üçün lazımi şəraitin yaradılması;

4. Humanitar yardımların fasiləsiz davam etdirilməsi.

Bildirilib ki, bu şərlər qəbul edilərsə, Suriya və region ölkələrinin təhlükəsizliyinə töhfə verə biləcək addımlara yol açılacaq.

Vurğulanıb ki, iki ölkə liderləri səviyyəsində görüş prosesin gedişinə uyğun baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Suriya Prezidenti Bəşər Əsəd açıqlamasında bildirib ki, Rusiya, İran və İraqdan olan vasitəçilər Suriya və Türkiyəni barışdırmaq üçün səmimi cəhdlər ediblər, lakin bu təşəbbüsdə irəliləyiş yoxdur.

Tarix
2024.08.28 / 17:39
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Dehli təkzib etdi: Azərbaycana blok qoymadıq, amma...

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

Mustafayev Ermənistana, Qriqoryan Azərbaycana gəldi

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla