Yuxarı

Bu küçədə yol hərəkətində dəyişiklik edilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Bu barədə Axar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin "Gənclik" metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.

Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir.

Parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.

Görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq.

Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.

Qeyd edək ki, bu həll Bakının "rəqəmsal əkiz"i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb.

Sürücülərin rahatlığına hesablanan bu layihəni diqqətinizə çatdırırıq. Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz.

Tarix
2025.09.05 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli təkzib etdi: Azərbaycana blok qoymadıq, amma...

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

Mustafayev Ermənistana, Qriqoryan Azərbaycana gəldi

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla