Yuxarı

Qanunsuz balıq ovlayanlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayənədələri Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə Abşeron rayonunun "Novxanı bağlar massivi" adlanan ərazisində qanunsuz balıq ovu ilə bağlı reyd keçiriblər.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayanlar müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Onlardan sintetik tor vasitəsilə ovlanmış 90 ədəd külmə və 3 ədəd çapaq balığı, həmçinin istifadəsi qadağan edilmiş qanunsuz ov vasitələri götürülüb.

Məlumata görə, qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam edir.

Kənd Təsərrüfatı Nazirliyi xatırladır ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Tarix
2025.09.05 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Ermənistana, Qriqoryan Azərbaycana gəldi

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək? - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla