Yuxarı

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) qarşıya qoyduğu hədəflərindəndir.

Bu barədə Axar.az-a SİMDNX-dən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”ə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkab quyularından istifadə olunmaqla idarə olunmalıdır.

Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılmalıdır.

Qeyd olunan tələblərə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən vəzifəli şəxslər 4000 manatadək, hüquqi şəxslər 12500 manatadək məbləğdə cərimə edilir. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.

Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir

Tarix
2025.09.05 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

Rusiya Qarabağı Azərbaycandan alıb bizə verəcək? - Atanesyan

Rusiya Hindistanı qabağa verərək, Bakını... - Şok

Sərkisyandan etiraf: Heç vaxt Azərbaycana çata bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla