Dünya tarixində 14500 müharibə olub. Qəribə olsa da, son
3500 il ərzində dünyada yalnız 230 il müharibə
olmayıb.
Bu müharibələrin ən uzunu İngiltərə ilə Fransa arasında gedən
100 illik müharibə hesab olunur. Nə az nə çox - 115 il (1338-1453).
Son 116 ildə isə 40-dan çox müharibə olub. Nəticədə 100 milyondan
çox adam ölüb.
Dünyaca məşhur analitiklər hesab edirlər ki, tarixdə baş verən
müharibələrin arxasında bəzən çoxalan insan sayının azaldılması
dayanırdı. Texnika və elm inkişaf etdikcə insanların məhvetmə
üsulları da yenilənib. Məsələn: müalicəsi olmayan və xüsusi
laboratoriyalarda icad edilən xəstəliklər, GMO məhsullar,
fast-foodlar.
Bütün bu yeni texnoloji yeməklər tədricən insanı daxildən məhv
edir. Lakin yenə də ən effektli üsul müharibə olaraq qalır. Çox
vaxt müharibələrin arxasında siyasi məqsədlər dursa da bəzən
tarixdə utancverici və qəribə müharibələr də mövcud olub. Yəni elə
müharibələr olub ki, adi bir vedrəyə, yaxud saqqala görə başlayıb.
Həmin müharibələri təqdim edirik.
Pirojnaya görə müharibə
1838-ci ildə Meksikada yaşayan fransız iş adamı Fransa kralı Lui
Filipə 10 il əvvəl onun şirniyyat sexinin yağmalanması barədə
şikayət edir. Onun sözlərinə görə, 10 il əvvəl 1828-ci ildə hərbi
formada olan şəxslər onun şirniyyat sexinə daxil olaraq bütün
pirojnaları yeyiblər.
Bunun əvəzində Fransa Meksikadan dəymiş ziyanı ödəmək üçün 600
000 pesa məbləğində vəsait tələb edir.
Adi bir pirojnaya görə bu qədər vəsait həqiqətən çox idi.
Nəticədə Meksika Fransaya olan borcunu və faizləri verməkdən imtina
edir. Fransa isə öz növbəsində Meksikaya müharibə elan edərək
donanmasını Atlantik okeanda Meksikanın ticarətlə məşğul olduğu
adalara göndərir.
Meksika da hiyləyə əl atır. Belə ki, Texasla iqtisadi əlaqələri
qurmaqla ziyandan qaçır. Özünü təhqir edilmiş sayan Kral Lui Texasa
da müharibə elan edir. Sonda blokada aradan götürülür. Meksika
borcunu qaytarır, fransız şirniyyat sexi isə işini davam
etdirir.
Oturacaq üstündə müharibə
İngiltərənin Qana ərazisinin işğal etməsi çox rahat formada
davam edirdi. Heç bir qəbilə və ya xalq onlara qarşı müqavimət
göstərmək istəmirdi. Lakin Aşanti xalqı ilə problem çıxır. Bu
problemi isə ingilis-qubernator yaradır. Belə ki,
general-quberntaor məlumat alır ki, Aşanti xalqının qızıldan
oturacağı var və həmin oturacaq hakmiyyətin simvoludur.
O, oturacaqda əyləşmək istəsə də Aşanti xalqı buna imkan vermir.
Xalq üsyana qalxır. Nəticədə ingilislər Aşantilərin üzərinə ordu
göndərərək üsyanı bir neçə il ərzində yatıra bilir. Bu günə qədər
həmin oturacaqda bir dənə də olsun ağdərili insan əyləşməyib.
Emuların Böyük
Müharibəsi
Bu savaş 1932-ci ildə Avstraliyada baş verib. Savaş Avstraliya
ordusu ilə emu dəvəquşuları arasında bir həftə davam edib. Belə ki,
emuların buğda sahələrinə hücumu bütün əhalini ayağı qaldırır.
Dəvəquşuların qarşısını almaq üçün əsgərlər pulemyotla
silahlanmışdılar. Dəstəyə Ser Corc Pirs adlı şəxs başçılıq edirdi.
Elə o vaxtdan etibarən Corc "dəvəquşu müharibəsi naziri"
adlandırılırdı.
İlk hücum 2 noyabr, ikinci hücum isə 12 noyabrda Avstraliyanın
Kempion şəhərində baş verdi. Məkana müxtəlif yerlərdən atəşlər
açıldı. Nəticədə 20 000 dəvəquşu öldürüldü. Bu hadisə Avstraliyada
bir neçə dəfə baş vermişdir.
Futbol müharibəsi
"100 saatlıq müharibə" adıyla tanınan müharibə 1969-cu ildə
El-Salvador və Honduras arasında baş verib və 5 gün davam edib.
Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və
immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA
Dünya Kubokunun Şimali Amerikada ikinci seçmə mərhələsi zamanı
başlamışdı.
El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə
hücuma keçib. Amerika Dövlətləri Təşkilatı iyulun 20-də iki ölkə
arasında sülhün bərqərar olmasına nail ola bilib.
Donuz müharibəsi
Müharibə ABŞ və Britaniya hakimiyyətinin sərhədi olan San Xuan
adalarında bir donuzun öldürülməsi nəticəsində başlamışdı. Müharibə
zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə
qansız müharibə kimi daxil olub.
Vedrə müharibəsi...
Müharibə 1325-ci ildə İtaliyanın Bolonya və Modena şəhərləri
arasında baş verir. Səbəb isə adi verdə olur. Belə ki, boloniyalı
süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə
qaçır. Boloniya şəhərinin elçiləri vedrəni Boloniya şəhərinin
mülkiyyəti olduğu üçün geri istəyirlər.
Amma modenalılar bu təklifə rədd cavabı verir. Sonda 22 il davam
edən Boloniya-Modena müharibəsi baş verir. Lakin sonda Boloniya
vedrəni geri qaytara bilmir. Çünki müharibəni uduzur.
Saqqal müharibəsi...
Bu müharibənin tarixi Osmanlı imperiyası ilə bağlıdır. Belə ki,
1500-cü ildə ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna
gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə
qarşılaşırlar.
Bəyazid Venesiyanın, doğrudan da, Türkiyə ilə sülh istədiyini
sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir.
Cavabında venesiyalılar həmşiə saqqallarını qırxdıqlarını
bildirirlər.
Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinləri
meymuna bənzəyir", - deyə çığırır. Özünü təhqir olunmuş hesab edən
Venesiya dərhal Osmanlıya müharibə elan edir. Lakin buna peşman
olurlar. Çünki Osmanlı döyüşçüləri Venesiya ordusu və donanmasını
darmadağın edir.
Cenkinsin qulağına görə müharibə
Qəribə olsa da bəzən dövlətlər öz güclərini nümayiş etdirmək və
qonşu dövlətlərə görk olsun deyə müharibə etmək istəyir. Bunun üçün
isə bəzən bir bahənə bəs edir. Elə XVIII əsrin əvvəllərində Karib
dənizi hövzəsində mübarizəyə başlayan Britaniya və İspaniya
imperiyaları kimi.
İki dövlət arasında "soyuq müharibə" olsa da tərəflər bunu
"isitmək" üçün səbəb tapa bilmir. Ancaq uyğun səbəb sonda tapılır.
Belə ki, 1738-ci ildə ingilis matrosu Bob Cenkins hansısa səhvinə
görə ispaniyalı kapitanın onun qulağını kəsməsindən parlamentə
şikayətlənir. İspan gəmisindəki xidmətindən sonra 7 il ərzində
qulağını qoruyub saxlayan ingilis dənizçi onun nə vaxtsa, yerinə
tikiləcəyinə ümid bəsləyirdi.
Sonda parlament ingilis təbəəsinin 7 il əvvəl kəsilən qulağına
görə İspaniyaya müharibə elan edir. 1739-1742-ci illər ərzinə
Britaniya-İspaniya arasında baş verən bu müharibə tarixə "Cenkinsin
qulağına görə müharibə" adı ilə daxil olur.
Şapalağa görə müharibə...
19-cu əsrin ortalarında fransalı səfir Əlcəzair hökmdarından
alınan borcları və borc faizini ödəməyi tələb etmək üçün onun
hüzuruna gəlir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr
edir. Hisslərini cilovlaya bilməyən əlcəzairli hökmdar səfirin
alnından yavaşca şapalaq vurur. Təhqir olunan səfir buna baxmayaraq
heç bir reaksiya vermir.
Yalnız bir neçə il sonra daha doğrusu 1830-cu ildə Əlcəzairi
işğal etməyi planlaşdıran Fransa bəhanə kimi bu şapalağı bəhanə
göstərir.
İtə görə müharibə
Yunanıstanla Bolqarıstan arasında münasibətlər hər zaman yaxşı
olmayıb. Xüsusən də Birinci Dünya müharibəsindən sonra. Belə ki,
1925-ci ildə iki ölkə sərhədində yerləşən Petriç rayonunda yunan
əsgər Bolqarıstan sərhədinə tərəf qaçan iti tutmaq üçün onun
dalınca qaçır və bilmədən sərhədə çox yaxınlaşır.
Lakin Bolqarıstan sərhəd xidmətinin əsgəri bu səhvi bağışlamır
və yunan əsgəri güllələyir.
Yunanıstan isə öz növbəsində qisas alacağını bildirir. Ertəsi
gün Petriç kəndinə hücum edən yunanlar 50 bolqar hərbçisini
öldürür. Lakin 10 gün sonra Yunanıstan öz ordusunu Bolqarıstandan
çıxarır və 45 min funt kompensasiya ödəyir.
Kirpi.info