Yuxarı

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

Tramp İranda “rejimin dəyişdiyi”ni, diplomatik danışıqların aparıldığını və qarşı tərəfin razılığa gəlməyə hazır olduğunu bəyan edib. İranda hərbi-siyasi rəhbərlik böyük ölçüdə aradan götürülsə də, bunu ABŞ prezidentinin dediyi “rejim dəyişikliyi” adlandırmaq çətindir, çünki ölkəyə faktiki olaraq SEPAH rəhbərlik edir və müharibənin də, danışıqların da gedişinə bu qruplaşma qərar verəcək.

Bu baxımdan, Trampın “rejim dəyişikliyi” açıqlaması reallıqdan daha çox “hədəflərə nail olduqlarını” göstərmək və İrana faktiki nəzarət edənlərə “tələbləri qəbul edəcəkləri təqdirdə, legitimlik tanınacaq” mesajını ünvanlamaq xarakteri daşıyır.

- Enerji bazarını sabitləşdirmək;

- Daxildə müharibə əleyhdarlarını sakitləşdirmək;

- Mümkün quru əməliyyatlarına hazırlaşmaq.

Trampın “diplomatiya” ritorikasının bu istiqamətlərdə manevr imkanlarını genişləndirməyə hesablandığı da aydın görünür.

“Axios” nəşri yazır ki, Vaşinqton regionda vasitəçi ölkələrlə martın 26-da danışıqlar aparmağı müzakirə edib, lakin Tehrandan cavab gözlənilir. Bu detal da göstərir ki, Trampın “danışıqlar və mümkün razılaşmalar” haqda dedikləri müharibəyə görə yaranmış iqtisadi və təhlükəsizlik problemlərini nəzarətdə saxlamaq məqsədi daşıyır.

ABŞ-ın 82-ci hava-desant diviziyasını Yaxın Şərqə yerləşdirməyə, bölgəyə əlavə “minlərlə əsgər” göndərməyə hazırlaşdığı haqda məlumatlar yayılır. Bunun mümkün quru əməliyyatına – Xark adasını və Hörmüz boğazını nəzarətə götürməyə hazırlıq olduğu aydındır. Danışıqlarla bağlı açıqlamalar fonunda mümkün quru əməliyyatına hazırlıq ABŞ-ın diplomatiya tərəfdarlarını fakt qarşısında qoymaq gedişi kimi də görünür: Tehran ya Vaşinqtonun “hər şeydən imtina” xarakterli danışıqlar çağırışına müsbət cavab verməli, ya da müharibənin yeni mərhələsi ilə üzləşməlidir.

Mümkün razılaşma imkanları məhduddur:

- ABŞ-ın tələbələrini qəbul etmək İran rejimi üçün məğlubiyyət deməkdir, bu qədər döyüşdükdən sonra razılaşacaqları qeyri-real görünür;

- “Total müharibə” taktikası ilə hərəkət edən İran rejimi bütün itkilərə rəğmən, qalib gələcəyini düşünür, xüsusilə Hörmüz boğazındakı üstünlükləri fonunda;

- SEPAH-ın nəzarəti fonunda rasional düşünənlərin təsir imkanlarının olmaması İranla nəinki Vaşinqtonun tələbləri çərçivəsində danışıqlar aparmağı, ümumiyyətlə “ortaq məxrəcə” gəlmək perspektivlərini də sual altına salır.

Bu reallıqlar İranla danışıqları müşkülə çevirib, hətta çox az ehtimal olan masada hansısa razılaşmanın praktikada icrası çətindir. Hərçənd, İran sülhün əldə edilməsinin tərəfdarı kimi öz tələblərini də irəli sürə və masaya bu şərtlə gələcəyini elan edə bilər.

Trampın “diplomatiya” mövqeyini çətinləşdirən amillərdən biri də İsrailin müharibənin mövcud şərtlərdə dayandırmaq istəməməsidir. Qəribə mənzərə yaranıb: iki düşmən tərəf – SEPAH və İsrail danışıqlara qarşıdır, yaxud mümkün razılaşmaların məhz onlar tərəfindən sabotaj ediləcəyi istisna edilməməlidir.

Bütün bunlar İran müharibəsinin yeni mərhələyə keçəcəyi və daha uzunmüddətli prosesə çevriləcəyi risklərini ön plana çıxarır.

Tarix
2026.03.25 / 13:46
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla