Yuxarı

Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərildi

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Taleh Zakir oğlu Məmmədovun qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.

Tarix
2026.10.16 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla