Yuxarı

Gülənin vəsiyyəti gündəm oldu: Harada dəfn olunacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülənin vəsiyyəti gündəm oldu: Harada dəfn olunacaq?

Fətullah Gülənin 83 yaşında ölməsindən sonra illər əvvəl etdiyi vəsiyyət gündəm olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Sözcü" xəbər yayıb.

İddiaya görə, FETÖ lideri ABŞ-da ölərsə cənazəsinin Türkiyəyə aparılmasını və anasının yanında dəfn olunmasını istədiyini deyib.

Lakin Türkiyə kəşfiyyatının keçmiş dövrə aid hesabatlarında Fətullah Gülənin ABŞ-da məzar yerinin hazırlandığı bildirilib.

Məlumata görə, FETÖ məsulları 2015-ci ildə Pensilvaniyada təşkilatın fermasına 5 kilometr məsafədə bir ərazi alıb bu ərazini qəbiristanlığa çeviriblər. ABŞ-da ölən təşkilat üzvlərinin həmin ərazidə dəfn edildiyi bildirilir. Hesabata görə, Fətullah Gülən üçün də bu ərazidə iki sərv ağacının arasında məzar yeri hazırlanıb.

Qeyd olunur ki, "Anadolu" agentliyi 2021-ci ildə bu qəbiristanlıqla bağlı "FETÖ-nün Pensilvaniyadakı "Gurbet Cemetery" isimli məzarlığı fəaliyyety başladı" başlıqlı bir xəbər də yayımlayıb. Xəbərdə Gülənin 20 illik dostu Salih Sal Dinçerin də bu qəbiristanlıqda dəfn edildiyi bildirilib.

O da vurğulanır ki, ərazisi 9 il əvvəl alınan qəbiristanlığın yalnız "Gurbet Cemetery" yazan lövhəsində bu günə qədər islam dininə aid hər hansı bir simvol görünməyib, ayə və ya hədis yazılmayıb. Məzarlarda isə yalnız lap yaxına gəldikdə oxuna biləcək şəkildə türk dilində "Ruhuna Əl-Fatihə" yazıldığı görünüb.

Tarix
2024.10.21 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla