Ana səhifə Planet |
İngiltərədə bir ailə lüks elektrik avtomobili evlərinin qarşısında şarj edərkən maşın partlayıb.
Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, Skott və Corcina Baylis cütlüyünün EQA model avtomobili evin qarşısında əvvəlcə yanmağa başlayıb, daha sonra isə partlayıb.
Yanğın qısa zamanda qaraja keçib və evin ön hissəsində yerləşən yataq otağını tüstü basıb.
Mütəxəssislər 2022 model avtomobilin akkumulyatorunda 'termal sızma' olduğunu düşünürlər. “Mersedes-Benz”in Böyük Britaniya sözçüsü hadisəni araşdırdıqlarını və ailəyə müvəqqəti avtomobil veriləcəyini açıqlayıb. Ailə isə bir daha “Mersedes” sürmək istəmədiklərini bildirib.
Maşının ümumi dəyərinin 50 min funt-sterlinq (təxminən 110 min AZN) olduğu bildirilir.
Qorxu dolu anlar evin təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub.
Məlumata görə, avtomobil partlayışdan əvvəl 10 saatdır park edilibmiş.
Tarix
2024.11.02 / 00:30
|
Müəllif
Axar.az
|