Yuxarı

Suriya savaşı: ABŞ və Rusiya rəsmiləri BMT-də mübahisə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya savaşı: ABŞ və Rusiya rəsmiləri BMT-də mübahisə etdi

Dekabrın 3-də BMT Təhlükəsizlik Şurasının sessiyası zamanı Rusiya və ABŞ nümayəndələri Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı mübahisə edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, mübahisəyə səbəb ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun çıxışı olub. Vud Suriyada davam edən döyüşlərin eskalasiyasını azaltmağa və mülki əhalinin müdafiəsinə çağırıb, həmçinin üsyançıların hücumuna “Heyət Təhrir əş-Şam”ın rəhbərlik etməsindən narahatlığını ifadə edib.

“Heyət Təhrir əl-Şam”ın ABŞ və BMT tərəfindən terror təşkilatı kimi tanınması Əsəd rejimi və onun Rusiya himayədarlarının növbəti vəhşiliklərinə haqq qazandırmır”, - Vud deyib.

O, Əsəd qüvvələri və Rusiyanın məktəblərə və xəstəxanalara hücum edərək, mülki vətəndaşların itkisinə səbəb olduğunu xatırladıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə buna kəskin reaksiya verib:

“Suriyanın dinc şəhərlərində mülki əhaliyə qarşı həyata keçirilən açıq terroru pisləmək üçün cəsarətinizi toplaya bilmədiniz. Vaşinqtonun beynəlxalq terrorizmlə səmimi mübarizəyə nə vaxtsa hazır olacağına dair heç bir illüziya yoxdur. Düzünü desəm, hazırda sizinlə barrikadaların əks tərəflərində olduğumuzdan məmnunuq”.

Vud cavab olaraq Nebenziaya “bu mövzuda bizə mühazirə oxuya bilməzsiniz, çünki Moskva dünyada terrorizmə sponsorluq edən rejimləri dəstəkləyir” deyə bildirib.

Qeyd edək ki, Suriyada bir neçə ildir davam edən nisbi sakitlik başa çatıb, üsyançılar Hələb və İdlibi ələ keçirib, Həmaya hücum edib və rejim qüvvələri ilə şiddətli döyüşlər gedir.

Tarix
2024.12.04 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla