Yuxarı

Axar.Az Logo carnation

Suriyadakı gərginlikdə “Ukrayna izi”... - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyadakı gərginlikdə “Ukrayna izi”... - Zaxarova

Suriyadakı eskalasiyada açıq şəkildə Ukrayna izi var, Rusiya bu hücumu qətiyyətlə pisləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən tanınan terrorçuların ön sıralarda yer aldığı bu hücumu qətiyyətlə pisləyirik. Qeyd edək ki, əcnəbi döyüşçülər, o cümlədən postsovet məkanından gələnlər arasında açıq-aşkar Ukrayna izi var idi”, - o bildirib.

Diplomat qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanlarının terrorçularla qarşılıqlı əlaqəsi barədə məlumatlar daxil olur:

“Kiyev onlara dronlar ötürür və bu tip silahlardan istifadə təcrübəsini bölüşür. Bu, Kiyev rejiminin cinayətkarlıq təcrübəsini tətbiq edəcəyi ilk və sonuncu region deyil. Bundan əvvəl Afrika ölkələri var idi, indi Suriyadan danışırıq. Şübhə yoxdur ki, Suriyada silahlı qarşıdurmanın yeni mərhələsini təhrik etmək istəyən xarici qüvvələrin təhriki və hərtərəfli dəstəyi olmasaydı, onlar belə cəsarətli hərəkətə qərar verməzdilər”.

Qeyd edək ki, Suriyada bir neçə ildir davam edən nisbi sakitlik başa çatıb, üsyançılar Hələb və İdlibi ələ keçirib, Həmaya hücum edib və rejim qüvvələri ilə şiddətli döyüşlər gedir.

Tarix
2024.12.04 / 15:14
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla