Yuxarı

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Türkiyə və İran XİN başçıları Hakan Fidan və Abbas Arakçı ilə Suriya mövzusunda keçirdikləri üçtərəfli görüşdən sonra açıqlamasında deyib.

Lavrov bildirib ki, Dohadakı görüşdə Suriyadakı düşmənçiliklərə dərhal son qoyulması barədə razılığa gəliblər.

Rusiya XİN başçısı qeyd edib ki, Moskva Suriya hökuməti ilə müxalifət arasında dialoq görmək istəyir:

“Rusiya, İran və Türkiyə Suriyada hakimiyyət-müxalifət dialoqunu dəstəkləyir. Düşmənçilik fəaliyyətlərinə dərhal son qoymağa çağırdıq. Bu gün İran və Türkiyə ilə güclü bir çağırış etməyə razılaşdıq və bu çağırışın reallaşması üçün bəzi xüsusi addımlar atacağıq”.

Lavrov əlavə edib ki, müxalifətin Suriya ərazisini nəzarət altına almasına icazə verilməsi qəbuledilməzdir.

Tarix
2024.12.07 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla