Yuxarı

Notr-Dam kilsəsi bərpa olundu, amma ətrafa təhlükə saçır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Notr-Dam kilsəsi bərpa olundu, amma ətrafa təhlükə saçır

Paris Notr-Dam kilsəsinin dam örtüyünün bərpasında 460 kiloqram kanserogen qurğuşundan istifadə edilib. Bu, məsuliyyətsiz seçimdir, qurğuşun çox təhlükəlidir və həm bərpa işlərində çalışan işçilər, həm də yaxınlıqda yaşayan sakinlər və kilsəyə gələn ziyarətçilər üçün risk yaradır.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ümumi Əmək Konfederasiyası Paris bölməsinin baş katibi Benua Marten danışıb.

Martenin sözlərinə görə, 2019-cu ildə kilsədə baş vermiş və damındakı 400 kiloqram qurğuşunun yanması ilə nəticələnən yanğından sonra aparılan testlər yaxınlıqda yaşayan uşaqlarda qurğuşun səviyyəsinin normadan artıq olduğunu göstərib. 2022-ci ildə valideynlər və saturnizm xəstələrinin assosiasiyaları "üçüncü şəxslərin təhlükəyə məruz qalması" maddəsi ilə Regional Sağlamlıq Agentliyinə, mədəniyyət və sağlamlıq nazirliklərinə qarşı məhkəməyə müraciət edərək, bu qurumları səhlənkarlıqda ittiham edib.

Qeyd edək ki, Notr-Dam kilsəsinin təmirdən sonra 8 dekabrda açılış mərasimi keçirilib.

Tarix
2024.12.10 / 10:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla