Yuxarı

Ərdoğandan Trampa: Düz sözə nə deyəsən?!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Trampa: Düz sözə nə deyəsən?!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Suriyadakı son hadisələri dəyərləndirərkən Türkiyənin əhəmiyyətli bir güc olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdığını və onun ağıllı bir insan olduğunu vurğulamışdı.

Axar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın bu fikirlərinə münasibət bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin qüdrətindən "bizim müxalifətdən başqa" hamı xəbərdardır:

“Əslində çox şeylərdən xəbərdardırlar, amma həqiqəti deməyə öyrəşmədikləri üçün faktları təhrif edirlər. Beynəlxalq beyin mərkəzlərindən tutmuş mediaya qədər, hamı Türkiyənin diplomatiyada artan gücünü yazır. Öz gücümüzün və qüdrətimizin fərqindəyik. Dəməşqdəki səfirliyimizi yenidən aktivləşdirdik, orada bizim adımızı görən suriyalı qardaşlarımızın hissləri yerə-görə sığmayır. Türkiyənin ürəklərdəki sərhədləri fiziki sərhədlərini çox aşır. Bunu getdiyimiz hər ölkədə, ayaq basdığımız hər coğrafiyada gördük. Cənab Tramp situasiya qiymətləndirməsi etməklə əslində ölkəmizin gücünü və qüdrətini vurğulayır. Düz sözə nə demək olar? Hər şey sübutlarla ortadadır. Həqiqətən də cənab Trampla aramızda heç bir problem yoxdur. O, praqmatik siyasətçidir. Tramp ölkəsi və müttəfiqləri üçün xərclər yaradan siyasətləri dəyişdirmək vizyonuna malikdir”.

Tarix
2024.12.20 / 16:53
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla