Rusiya hücum taktikasını dəyişdi - Britaniya
02:29
Ana səhifə Planet |
Finlandiya və Estoniya arasında “EstLink 2” kabelinin zədələnməsi ilə bağlı insident fonunda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.
Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“AB Rusiyaya qarşı yeni sanksiyaları təsdiq etməlidir. Biz NATO tərəfdaşlarımızla Baltik dənizini hibrid təhlükələrdən ən yaxşı şəkildə necə qorumağı müzakirə edirik”, - Berbok bildirib.
Qeyd edək ki, Finlandiya və Estoniya arasında “EstLink 2” elektrik ötürücü xətti dekabrın 25-də sıradan çıxıb. Finlandiya polisi Kuk adaları bayraqlı gəminin “EstLink 2” kabelini lövbərlə zədələdiyini bildirib. Gəminin sanksiyalardan yan keçməklə Rusiya neftini daşıdığı bildirir.
Tarix
2024.12.28 / 16:00
|
Müəllif
Axar.az
|