Yuxarı

Londonda evdən 10 milyonluq zinət əşyası oğurlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “St John’s Vud” ərazisində yerləşən evlərdən birindən 10 milyon funt sterlinqdən çox dəyərində zinət əşyası və 150 min funt sterlinq dəyərində dizayner çantaları oğurlanıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, “Avenue Road” ünvanında yerləşən evə 20-30 yaşlarında ağdərili bir kişi ikinci mərtəbədəki pəncərədən dırmaşaraq daxil olub. O, çox bahalı olan “Hermes Crocodile Kelly” çantalarını, 15 min funt sterlinq nağd pulu və ümumi dəyəri 10.4 milyon funt sterlinq olan zinət əşyalarını oğurlayıb.

Zərərçəkənlər cinayətkarın tutulması və məhkum edilməsinə səbəb olacaq məlumat üçün 500 min funt sterlinq mükafat təklif ediblər.

Oğurlanan əşyalar arasında “De Beers” brendinə aid iki kəpənək formalı almaz üzük, “Katherine Vanq” tərəfindən hazırlanmış çəhrayı sapfirli kəpənək formasında sırğalar, həmçinin qızıl, almaz və sapfirdən hazırlanmış “Van Cleef” boyunbağı kimi xüsusi əşyalar var.

Qeyd edək ki, “Avenue Road” Londonda ən bahalı mülklərin yerləşdiyi küçələrdən biridir.

Tarix
2024.12.31 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ xanlığının şərq qapısından – Fotolar

AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto

Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video

Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla