Yuxarı

Zelenski Avropadan 200 minlik ordu tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Avropadan 200 minlik ordu tələb etdi

Rusiyanın yeni hücumunun qarşısını almaq üçün yüz minlərlə AB sülhməramlısı müharibə bitdikdən sonra Ukraynaya göndərilməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“200 min minimumdur, əks halda heç nə olmayacaq. Rusiya sülh danışıqları zamanı Ukraynanın NATO-ya qəbul edilməməsini və ordusunun sayının beş dəfə azaldılmasını tələb etmək niyyətindədir. Biz buna imkan verməyəcəyik”, - Zelenski bildirib.

“Röyters” isə yazıb ki, Zelenskinin səsləndirdiyi rəqəm (200 min) Fransa Silahlı Qüvvələrinin 2020-ci ilə olan sayına bərabərdir.

“Faynənşl Tayms”ın məlumatına görə, NATO-nun Avropa üzvlərinin ordusunun sayı ümumilikdə 1.9 milyon nəfərdir və reallıqda onlara Ukraynaya 300 min nəfərlik ordu göndərməsi çətindir. Üstəlik bunun üçün qitəyə aylar lazımdır.

Qeyd edək ki, Vladimir Zelenski Ukrayna ordusunun sayının 880 min nəfər olduğunu bildirib.

Tarix
2025.01.22 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla