
Mənə qarşı münasibət yaxşı olub - Allahverdiyan
21:16
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Pakistanın Bəlucistan əyalətində hərbçi və separatçılar arasında silahlı toqquşma baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Bildirilib ki, insident zamanı 18 hərbçi və 24 silahlı qruplaşma üzvü ölüb.
Məlumata görə, silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib.
Qeyd edək ki, separatçıların hansı qruplaşmaya aid olduqları açıqlanmayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.
Tarix
2025.02.01 / 17:33
|
Müəllif
Axar.az
|