Yuxarı

Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.

Axar.az xəbər verir ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.

Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.

Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı Toçka-U, “Smerç”, SKAD və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.

Tarix
2025.03.06 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının Yaxın Şərqdə misilsiz rolu - İsrail nəşri

Azərbaycan və Gürcüstan XİN başçıları danışdı

Makronun çağırışı: Avropada xaos yaşanır!

Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - Foto

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi... - Deputat

Kreml Ağ Evə “köçüb”: Tramp hələ anlamır - İrandan baxış

Baş nazir Milli Məclisdə hesabat verəcək

Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla