Yuxarı

Latviyalı deputatlar bəyanat yaydı: Vardanyana sərt cəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Latviyalı deputatlar bəyanat yaydı: Vardanyana sərt cəza...

Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.

Axar.az Report-a istinadən xəbər verir ki, deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu "Putinin sponsoru" və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.

Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında kremlyönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.

Deputatlar bəyanatlarında "Vardanyanın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini" xatırladırlar.

Oliqarx 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.

Həmçinin vurğulanır ki, altı il bundan əvvəl Avropa İttifaqının sanksiyalarından yayınmağa cəhd göstərməsinə baxmayaraq, qondarma Qarabağdakı erməni separatçıların keçmiş rəhbəri indi Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onu ömürlük həbs gözləyir.

Tarix
2025.03.06 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla