Yuxarı

Paris və London ortaya iradə qoydu: ABŞ-sız da bacaracaqlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paris və London ortaya iradə qoydu: ABŞ-sız da bacaracaqlar

Avropa Birliyi və Böyük Britaniya Ukraynanın təhlükəsizliyini ABŞ olmadan da təmin edə biləcək.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan admiral Ceyms Stavridis CNN-ə açıqlamasında deyib.

O bildirib ki, Fransa və Britaniya Kiyevə öz döyüş qabiliyyətini və hərbi imkanlarını qoruyub saxlaya bilməsi üçün kifayət qədər dəstək verməyə qadirdir.

Onun sözlərinə görə, söhbət imkanlardan çox, siyasi iradədən gedir. Stavridis qeyd edib ki, AB-nin ümumi ÜDM-i qlobal ÜDM-in 22 faizini təşkil edir:

“AB bu baxımdan ABŞ-dan sonra ikinci yerdədir. ABŞ ÜDM-i qlobal ÜDM-in 25 faizini təşkil edir. Beləliklə, AB-nin imkanları var”.

Onun fikrincə, hadisələrin gedişatına baxanda belə bir siyasi iradənin artıq formalaşdığı görünür:

“Bu, xüsusilə Fransa və Böyük Britaniyada nəzərə çarpır. Birləşmiş Ştatlarla yaranan ziddiyyətlər fonunda, görünür, Avropa Birliyi hərbi güc mərkəzi kimi əhəmiyyətini dərk etməyə başlayır”.

Stavridis həmçinin hesab edir ki, ABŞ Ukraynaya dəstəyindən tamamilə imtina etməyəcək və onu sazişin tərkib hissəsinə çevirəcək.

Tarix
2025.03.06 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla