Yuxarı

Kanadanın 8 regionu ABŞ-a qadağa tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanadanın 8 regionu ABŞ-a qadağa tətbiq etdi

Donald Trampın 25%-lik rüsum tətbiq etməsindən sonra Kanadanın bir sıra əyalət rəhbərləri ABŞ-dan idxal olunan spirtli içkilərin satışını qadağan etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Globe and Mail” nəşri məlumat yayıb.

Bildrilib ki, Britaniya Kolumbiyası, Ontario, Kvebek, Yeni Şotlandiya, Manitoba, Nyufaundlend və Labrador əyalətləri və Şimal-Qərb əraziləri ABŞ istehsalı olan spirtli içkilərin satışına qadağalar və ya məhdudiyyətlər elan ediblər.

Bəzi regionların rəhbərləri ABŞ-a qarşı başqa addımlar da atacaqlarını açıqlayıblar. Xüsusilə Kvebek əyalət hökuməti tenderlərdə iştirak edən və ya regionla iş görən Amerika şirkətlərinə cərimə tətbiq etmək imkanını nəzərdən keçirir. Britaniya Kolumbiyası bölgədəki korporasiyalara və səhiyyə orqanlarına ABŞ mal və xidmətlərini almağa qadağa qoya, onları Kanada mallarını almağa məcbur edə bilər.

Ontario qubernatoru Daq Ford bildirib ki, bütün ABŞ şərabları, spirtli içkilər və pivələr Nəzarət Şurasının topdansatış kataloqundan çıxarılacaq, yəni spirtli içkilər satan ərzaq mağazaları və restoranlar içkilər bitdikdən sonra onları yenidən sifariş edə bilməyəcəklər. ABŞ-ın 35 ştatından 3,6 mindən çox məhsul adı məhdudiyyətlərə məruz qalacaq.

Onun sözlərinə görə, Şura hər il təxminən 1 milyard dollar dəyərində ABŞ spirti satır.

Ford istehlakçıları Kanada istehsalı olan məhsullara keçməyə çağırıb.

Tarix
2025.02.03 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla