Yuxarı

Türkiyə xarici tələbələrin sayını yarım milyona çatdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə xarici tələbələrin sayını yarım milyona çatdırır

Türkiyə hakimiyyəti bundan sonra da yerli universitetlərin xaricdə filiallarını, fakultələrini və ayrıca akademik proqramlarını açmağı planlaşdırır. Azərbaycan və Özbəkistandan sonra bu cür təşəbbüslər Yaxın Şərq, Afrika və bir sıra Mərkəzi Asiya ölkələrində həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Ərol Özvarın şuranın saytında dərc olunan bəyanatında deyilib.

Onun sözlərinə görə, xarici proqramlar çərçivəsində əsas üstünlük texnologiya sahəsinə, mühəndisliyə, tibb və dəqiq elmlərə veriləcək: “Bu ali təhsil ocaqlarının məzunları gələcəkdə Türkiyənin özünün ali təhsilinin və sənayesinin inkişafına da töhfə verəcəklər”.

YÖK rəhbəri həmçinin Türkiyə universitetlərinə xarici tələbələrin cəlb edilməsi istiqamətində qarşıda dayanan hədəflərdən də danışıb. Bildirib ki, bu gün Türkiyə xarici tələbələrin sayına görə dünyada 8-ci yerdədir: “Xarici tələbələrin Türkiyə ali təhsil ocaqlarındakı sayı hazırda 350 min nəfərə yaxındır. Hədəfimiz xarici tələbə sayını 500 minə qədər çıxarmaqdır. Bu, ölkəmizin payına düşən qlobal tələbə sayının həcmini 6,25 faizə çatdırmağa imkan verəcək”.

Ərol Özvar Türkiyənin 2024-2028-ci illəri əhatə edən Beynəlxalq Ali Təhsil Strategiyasının hədəflərinə diqqət çəkib. Qeyd edib ki, bu hədəflər çərçivəsində dünyada bütün Türkiyə alim və ali təhsil müəllimlərinin siyahısının hazırlanması nəzərdə tutulub:

“Etnik türklərin akademik mühitində əlaqələrin gücləndirilməsi “Elmi vətən” anlayışının formalaşdırılmasına şərait yaradacaq və yerli elmi düşüncə üçün yeni təkan olacaq”.

Tarix
2025.02.09 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla