Yuxarı

24 milyon rüşvət alan bankir ölüm cəzası aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Hancou şəhər məhkəməsi Sənaye və Kommersiya Bankının (ICBC) sabiq vitse-prezidenti Can Honqlini rüşvət almaqda təqsirli bilərək, 2 illik möhlətlə edam cəzasına məhkum edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məhkəmə prosesində sabiq bankirin 2011-2022-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, bəzi şirkətlərin və fərdi şəxslərin qanunsuz yollarla mənfəət əldə etməsinə şərait yaratdığı bildirilib. O, həmin işlərin qarşılığında 177 milyon yuan (təxminən 24,4 milyon ABŞ dolları) dəyərində bahalı hədiyyə və nağd pulu rüşvət kimi alıb.

Can Honqli istintaqın gedişində cinayətini etiraf edib, habelə istintaqa məlum olmayan rüşvət faktlarını könüllü açıqlayıb. O, cinayət yolu ilə əldə etdiyi qazancı geri qaytarıb. Məhkəmə sabiq bankirin şəxsi əmlakının müsadirə olunmasına da qərar verib.

Qeyd edək ki, bankın sabiq vitse-prezidenti haqqında araşdırma 2023-cü ilin noyabrında başlayıb. Çin Kommunist Partiyası sıralarından xaric edilən sabiq bankirə qarşı ötən ilin yanvarında prokurorluq rəsmi ittiham irəli sürüb.

Tarix
2025.02.23 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniyada “Alman Tramp” hakimiyyətə gəldi

Paşinyan söz verib, etməsə, savaş olacaq - Vardanyan

23 fevral “ölüb”, “qırxı” və “ili” də çıxıb – Anlayın!

Mask ABŞ-ın tarixi müttəfiqini təhqir etdi – Nə baş verir?

İlham Əliyev Yohan Eliaşı qəbul etdi

İlham Əliyev 3 ölkənin liderlərini təbrik etdi

Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb

“Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?

5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla