İsveçrə öz qoşunlarını sülhməralı missiyada Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.
Axar.az Globalinfo.az-a xəbər verir ki, bunu İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tomas Süssli deyib.
“Hökumət və parlamentdən rəsmi müraciət daxil olarsa, bu, baş verə bilər. Hazırda İsveçrə əsgərləri 6 ay müddətinə Kosova və ya Bosniyaya göndərilir. Siyasətçilər istəsələr, bunun Ukraynada da eyni şəkildə təşkil olunması mümkündür”.
Onun sözlərinə görə, sülhü təmin etmək üçün Rusiya və Ukrayna atəşkəs haqqında razılığa gəlməlidir:
“Həmçinin regionda sabitliyi qorumaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) sülhməramlı qüvvələrin göndərilməsinə icazə verməlidir. İsveçrə hakimiyyət orqanları müvafiq sorğu alarsa, onlar hərbi personal üçün təlim proqramı hazırlamağa və qoşunların yerləşdirilməsini planlaşdırmağa başlayacaqlar. Bundan sonra kadrların seçilməsi prosesinə başlanılacaq”.