Yuxarı

Tramp və Zelenskinin nahar menyusuna nələr daxil idi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Zelenskinin nahar menyusuna nələr daxil idi?

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ağ Ev danışıqlarından sonra verilməli olan nahar menyusunun fotosu dərc edilib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Aparat rəhbərinin müavini Den Skavino X səhifəsində paylaşım edib.

Məlumata görə, menyuda məzə olaraq bal sousu ilə pomidor salatı, əsas yemək üçün qulançar, göyərti və rozmarinlə bişmiş toyuq, kərəviz kökü püresi, desert üçün giləmeyvə çeşidi və nazik xırtıldayan sitrus peçenyeləri ilə krem brülesi nəzərdə tutulub.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Tarix
2025.03.01 / 21:22
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla