Yuxarı

Tramp gözləyir ki, Zelenski bu addımı atsın - Ağ Ev işarə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp gözləyir ki, Zelenski bu addımı atsın - Ağ Ev işarə verdi

Ağ Ev hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisədən sonra vəziyyəti düzəltməlidir.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” Tramp administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp administrasiyası Zelenskidən növbəti addımları gözləyir.

Bununla yanaşı Ağ Evdən bildirilib ki, görüş zamanı baş vermiş mübahisə planlaşdırılmamışdı və gözləntilərin əksinə baş verib:

“Tramp nadir torpaq ehtiyatları ilə bağlı sövdələşmədə təhlükəsizlik zəmanəti tələbinə görə qəzəblənib. İndi Ağ Ev rəsmiləri deyirlər ki, Zelenskinin Trampı danışıqları davam etdirməyə inandırmaq üçün dəqiq nə edə biləcəyini bilmirlər, lakin bu, hələ də mümkündür. Top Prezident Zelenskinin tərəfindədir. Tramp hesab edir ki, Zelenski danışıqlar masasına qayıtmalıdır və o, gəlib hər şeyi düzəltməlidir”.

Tarix
2025.03.02 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla