Yuxarı

Ağ Evdəki qalmaqal: Putin istifadə edəcək, Si isə inanmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında baş verən qalmaqal Rusiya və Çinin maraqlarına cavab verib. Bu olayın iki səbəbdən Rusiya üçün faydası var. Birincisi, ABŞ-Ukrayna ittifaqı dağılıb; ikincisi, təhlükəsizlik məsələsi ilə bağlı ABŞ-la AB arasında fikir ayrılığı dərinləşib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kreml bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq:

“Putinin məqsədlərindən biri də ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını yumşaltması və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bərpasıdır.

Çin də mövcud vəziyyətdən yararlanmağa çalışacaq. Pekində hesab edirlər ki, Avropa ölkələrinin və Ukraynanın Çinlə iqtisadi sahədə əməkdaşlığa marağı artacaq. Təsadüfi deyil ki, Ukrayna rəsmiləri Ağ Evdəki qalmaqaldan sonra Çinlə dialoqun genişləndirilməsi vacibliyi barədə fikirlər söyləyiblər. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrin arasında baş verən gərginlikdə tərəf olmaq istəmir. Pekində Donald Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar. Ona görə də Pekin Vaşinqtonla siyasi və iqtisadi müstəvidə mübarizəyə hazırlaşır. Hər iki tərəfin bir-birinə qarşı artırdığı rüsumlar da bundan xəbər verir.

Çin lideri Si Szinpin ölkəsinin həm iqtisadiyyatda, həm də xarici arenada ciddi problemlərlə üzləşməli olduğu şəraitdə öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməsi vacibliyini bildirib. Bu, o deməkdir ki, Çin müxtəlif dövlətlərin problemlərinin həlli ilə məşğul olmayacaq. Pekinin yeganə məqsədi beynəlxalq aləmdəki xaosdan istifadə edərək Çinin iqtisadi və hərbi gücünü artırmaqdır. Bu, Çin parlamentinin bu gün işə başlayan sessiyasında da əsas mövzu olacaq”.

Tarix
2025.03.04 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Abdulqadir İmamla görüşdü

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü

XİN-dən Paşinyanın Naxçıvanla bağlı açıqlamasına cavab

Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi - Foto

Bir həftəyə Azərbaycana cavab verə bilərik - Simonyan

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya şirkəti AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla