Yuxarı

Nümayəndəmiz UNESKO-da milli bəyannamə ilə çıxış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nümayəndəmiz UNESKO-da milli bəyannamə ilə çıxış etdi

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESKO İdarə Heyətinin 221-ci iclasında Azərbaycanın Milli Bəyannaməsi ilə çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə nümayəndəliyin X səhifəsində yazılıb.

Qeyd olunub ki, Azərbaycan UNESKO-nun qlobal prioritetlərinə sadiqliyini təsdiqləyir:

“Biz davamlı inkişafı təşviq etmək üçün üzv dövlətlərlə açıq və inklüziv şəkildə işləyirik. Güclü multikulturalizm ənənəsinə söykənən Azərbaycan Bakı Prosesi və Sülh Mədəniyyəti kimi təşəbbüslər vasitəsilə qlobal dialoq və sülhün tərəfdarıdır. Təhsil milli prioritetdir. Biz inklüziv, ədalətli və keyfiyyətli təhsili inkişaf etdiririk. COP29-un ev sahibi kimi Azərbaycan qlobal iqlim gündəliyinə rəhbərlik etməyə hazırdır. Konfransa sədrlik etmək üçün seçilməyimiz iqlim liderliyimizə güclü beynəlxalq etimadı əks etdirir”.

Həmçinin bildirilib ki, mədəni irs bəşər tarixinin əvəzsiz bir hissəsidir və gələcək nəsillər üçün qorunmalıdır:

“Mədəni sərvətlərin silahlı münaqişənin dağıdıcı təsirlərindən qorunması son dərəcə vacibdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası və ərazilərinin 30 illik erməni hərbi işğalından azad edilməsi Cənubi Qafqazda yeni mühit yaratmışdır. Ermənistanın hərbi işğalı zamanı törədilmiş geniş dağıntılara, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarından təxminən 750 min dinc azərbaycanlının, habelə 300 mindən çox azərbaycanlının öz tarixi və ata-baba yurdlarından məcburi köçkünə çevrilməsinə baxmayaraq, barışıq və regional inkişafa sadiq qalır”.

Tarix
2025.04.08 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla