
Avroliqa: “Mançester Yunayted” “Lion”a qarşı…
10:15
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrail Türkiyənin Suriyada hərbi bazalar yaratmasına qarşıdır.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərinin yekunları ilə bağlı açıqlamasında deyib.
"Türkiyə Suriyada hərbi bazalar qurmaq istəyir və bu, İsrail üçün təhlükəlidir. Biz buna qarşıyıq. Buna qarşı hərəkət edirik”, - deyə o bildirib.
“Mən Prezident Trampa dedim: Sən mənim dostumsan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostusan və sənin köməyinə ehtiyacımız olsa, sənə müraciət edəcəyik”, - Netanyahu əlavə edib.
Tarix
2025.04.08 / 20:40
|
Müəllif
Axar.az
|