Yuxarı

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və İranın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran Xarici İşlər Nazirliyinin baş direktoru Müctəba Şəsti Kərimi rəhbərlik edib.

Tədbirdə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Azərbaycanın və İranın xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, onlara çevik və effektiv konsulluq-hüquqi yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

Daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə tərəfindən qəbul edilib.

Tarix
2025.04.16 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla