Yuxarı

Avropa Komissiyası təhlükəsiz ölkələrin siyahısını açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Komissiyası təhlükəsiz ölkələrin siyahısını açıqladı

Avropa Komissiyası təhlükəsiz ölkələrin yeni siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, siyahıda yeddi ölkə - Banqladeş, Misir, Hindistan, Kolumbiya, Kosova, Mərakeş və Tunis təhlükəsiz mənşə ölkələri kateqoriyasına daxil edilib. Bu ölkələrdən gələn sığınacaq müraciətlərinə gələcəkdə sürətləndirilmiş prosedur qaydasında – maksimum üç ay ərzində baxılması planlaşdırılır. Lakin hər bir müraciət fərdi qaydada qiymətləndirilməlidir və bu, əsas hüquqi prinsiplərdən biridir.

Təklif olunan siyahı Avropa Birliyinə (AB) üzv ölkələrin hamısında keçərli olacaq, lakin milli siyahıları əvəz etməyəcək. Eyni zamanda, AB üzvlüyünə namizəd ölkələrin də təhlükəsiz ölkə statusu alması nəzərdə tutulur. İstisnalar isə zorakılıqla müşayiət olunan regionlara, sanksiyalara məruz qalan ölkələrə və yüksək qəbul faizi olan dövlətlərə şamil ediləcək.

Qeyd edək ki, son dövrlərdə qanunsuz miqrasiya ilə bağlı Avropada bir çox ölkədə daha sərt xarakter alan siyasi müzakirələr ictimaiyyət arasında narazılığın artmasına və sağ populist partiyaların nüfuz qazanmasına səbəb olub. İfrat sağçı partiyaların Avropa Birliyi əleyhinə sərt açıqlamaları AB-nin qanunsuz miqrasiya ilə bağlı siyasəti sərtləşdirməsinə öz təsirini göstərir.

Tarix
2025.04.17 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla