Yuxarı

Trampın adamları ilə görüşmüşük - Timoşenko təsdiqlədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın adamları ilə görüşmüşük - Timoşenko təsdiqlədi

Prezident Zelenskinin açıqladığı kimi, Ukrayna Prezident Trampın güclü rəhbərliyi altında müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. Batkivşina komandası ədalətli sülhün mümkün qədər tez təmin olunmasına kömək etməyə qadir olan bütün müttəfiqlərlə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri, Batkivşina Partiyasının sədri Yuliya Timoşenko Trampın adamları ilə gizli görüş keçirməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Siyasətçi bildirib ki, hazırda Ukraynada hər hansı seçkinin keçirilməsindən söhbət belə gedə bilməz.

Ölkənin keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Pyotr Poroşenko da məlum görüşdə iştirak etdiyini təsdiqləyib.

O, Ukraynaya ikipartiyalı dəstəyi saxlamaq üçün amerikalı tərəfdaşlarla açıq və şəffaf işlədiyini bildirib.

Poroşenko da partiyasının müharibə vaxtı ölkədə seçkilərin keçirilməsinə qarşı çıxdığını deyib.

Qeyd edək ki, “Politiko” nəşri ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin yüksək vəzifəli şəxslərinin Ukrayna Prezidenti Vladimir Zelenskinin opponentləri ilə gizli danışıqlar apardığını, görüşdə Yuliya Timoşenko və Pyotr Poroşenkonun partiyasının nümayəndələrinin də iştirak etdiyini yazmışdı.

Tarix
2025.03.06 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla