Yuxarı

Qəzzafi – zalım diktator, yoxsa xalqın xeyirxah mələyi?..

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafi – zalım diktator, yoxsa xalqın xeyirxah mələyi?..

Qəzzafi öldürüldükdən sonra dünyanın bir çox aparıcı ölkəsinin qəzetləri bu manşetlərlə çıxmışdı: "Liviya 42 illik zülmdən qurtuldu".

Bəs əslində, Qəzzafi necə diktator idi? Onun dönəmində Liviya xalqı necə yaşayırdı, gün-güzəranı, sosial təminatı necə idi?

"Axar.az" sırf sosial yöndən yanaşaraq Qəzzafinin 42 il boyunca xalqı üçün etdiklərini sıralayır:

Liviyada evlərdə istifadə olunan elektrik pulsuz;

Su və mavi qaz pulsuz;

Liviyada təhsil və səhiyyə xidməti pulsuz;

Bütün xəstə insanlara lazımi dərmanlar pulsuz;

Benzinin litri 0,08 avro, yəni Azərbaycan manatı ilə hər liviyalı bir litr benzinə görə cəmi 9 qəpik pul ödəyirdi;

Liviya milli bankları vətəndaşlara krediti faizsiz verirdi;

Liviya Qərb ölkələrinin hücumuna məruz qalana qədər ölkədə evsiz və dilənçi yox idi;

Qəzzafinin liderliyi dönəmində Liviya vətəndaşları vergi ödəmirdi;

Liviya dünyanın borclu olmayan tək ölkəsi idi;

Xaricdə təhsil alan tələbələrə hökumət qarşılıqsız olaraq hər ay 1650 avro təqaüd ödəyirdi. Bundan əlavə, həmin tələbələrə 2500 avro dəyərində xərclik də verilirdi;

Ölkədə ali məktəbi bitirən gənclər iş tapana kimi hər ay dövlət tərəfindən maaş alırdılar;

Liviya rəhbərliyi evlənmək istəyən bütün cütlüklərə 150 kvadrat metrlik ev hədiyyə edirdi;

Liviyada istisnasız olaraq hər ailə aylıq 300 avro yardım alırdı;

Neft gəlirlərinin 90 %-i xalqın yaşayışı üçün xərclənirdi...

Qəzzafinin əslində xalqını sevdiyini görmək mümkündür, ancaq Liviyanın müstəqil siyasət yürütməsi, Silvio Berluskoninin də dediyi kimi, "böyük güclər"in xoşuna gəlmirdi. Qəzzafinin sevgilisi Oksana Balinskayanın "Qəzzafi Liviya xalqını dəvələrdən endirib, maşınlara mindirdi" sözlərini də unutmaq olmaz. Bu gündən yanaşanda, belə görünür ki, 42 il müddətində qaniçən lider olmuş Qəzzafini Liviya xalqı hələ çox axtaracaq.

P.S. Material xarici mediadan istifadə ilə hazırlanıb.

Tarix
2014.02.20 / 18:52
Müəllif
Ümman Səfərov
Digər xəbərlər

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

AB ilə İrəvanın imzaladığı bu sənəd sülh gündəliyinə ziddir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla