Yuxarı

Baxçalıdan İmamoğlunun saxlanılmasına - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kəs ayrı-seçkiliyə məruz qalmayacağı kimi, heç kimin də ideoloji, siyasi, iqtisadi üstünlüyü və ya imtiyazı yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirərkən X hesabında qeyd edib.

“İstanbul Böyükşəhər Bələdiyyə sədri ilə bağlı verilən məhkəmə qərarına səbir və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər bir qərara hörmət etmək ortaq məsuliyyət olmalıdır. Heç kim toxunulmaz, əlçatmaz deyil. Ədalət və qanuna qarşı çıxmaq, hətta onu müzakirəyə açmaq iğtişaş və zorakılıq mühitinə dəvətdir. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışı üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır. Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Həm fərdi, həm də sosial müstəvidə zorakılığın qarşısının alınması bizim hər zaman həssas olduğumuz aktual mövzudur”, - partiya sədri vurğulayıb.

Qeyd edək ki, bu gün səhər İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Tarix
2025.03.19 / 12:33
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paşinyan: Sülh sazişini imzalamağa hazıram

Bayramov Lemmi ilə danışdı: Sülh prosesi...

Kim sübut edə bilər ki, atəş Nikolun əmri ilə açılmır?

İmamoğlu saxlanıldı: Türkiyədə nə baş verir? – Türk ekspert

Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi

Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir

Paşinyan Azərbaycana atəş açan hərbçiləri cəzalandırmasa...

Ordumuzun mövqeləri atəşə tutuldu

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla