Yuxarı

“AzerGold” üzvləri Göygöldə sakinlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzerGold Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda növbəti görüşü keçirilib.

Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə AzerGold QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri iştirak ediblər.

Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.

AzerGold QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızıl mədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini, Səhmdar Cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildən istismar işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.

X.Fərzəliyev AzerGold QSC və podratçı şirkətlər tərəfindən ümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyini diqqətə çatdırıb.

Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildə sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı, maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi qeyd olunub.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Tarix
2025.03.19 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Veldkampla telefon danışığı apardı: Sülhə maneə...

Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Paşinyan: Sülh sazişini imzalamağa hazıram

Bayramov Lemmi ilə danışdı: Sülh prosesi...

Kim sübut edə bilər ki, atəş Nikolun əmri ilə açılmır?

İmamoğlu saxlanıldı: Türkiyədə nə baş verir? – Türk ekspert

Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi

Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir

Paşinyan Azərbaycana atəş açan hərbçiləri cəzalandırmasa...

Ordumuzun mövqeləri atəşə tutuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla