Ukraynanın ölkəmizdəki səfirliyində bayraqlar endirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

Ukraynanın Sum şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb.

"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk", - o qeyd edib.

Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı [email protected] ünvanına elektron məktub göndərilə bilər.

Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Ukraynanın Sum şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub.

Tarix
2025.04.14 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Universitet təsdiqlədi: Gülsüm Əliyeva adlı tələbəmiz olmayıb - Video

Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video

Pekinin Bakıya bu qədər marağının səbəbi - Markov

Ərdoğan Azərbaycana gəlir

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş keçirildi

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla