Yuxarı

75 yaşlı qadının ölümünə görə daha bir qadın saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərur rayonunun Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.

Axar.az Report-a istinadla xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.

F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.

A.Əsgərova və F.Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.04.26 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla