Prezident Jilber Hunqbonu qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edildi.

Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında layiqli əmək üzrə 2 proqramın uğurla icra olunduğunu xatırladaraq, hazırda “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsi üzərində işlərin davam etdirildiyini dedi.

Jilber Hunqbo Azərbaycanın DOST konsepsiyası modelinin öyrənilməsinin əhəmiyyətinə toxundu, sosial sahədə həyata keçirilən islahatlarla bağlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğuladı.

O, COP29 çərçivəsində ədalətli keçid üzrə səmərəli müzakirələrin aparıldığını dedi və bunun nəticəsi olaraq Avropa və Mərkəzi Asiya üzrə Regional İşçi Qrupunun yaradılmasını xüsusilə qeyd etdi.

Jilber Hunqbo Beynəlxalq Əmək Təşkilatının sosial məsələlərlə bağlı ölkəmizin inkişaf prioritetlərinə dəstək verəcəyini bildirdi.

Tarix
2025.04.14 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Szinpinlə geniş tərkibdə görüşdü - Foto

Əliyevin Çin səfəri nəyin göstəricisidir? – Rusiyadan baxış

Mehriban Əliyeva və qızı Pekində Böyük Xalq Sarayında

İlham Əliyev Çin liderini Azərbaycana dəvət etdi

Azərbaycan Çinlə kosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycanla Çin arasında Birgə Bəyanat imzalandı

Naxçıvanla Çinin bu şəhəri qardaşlaşdı

Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Foto

Szinpin Əliyevlə görüşdə tariflərə etiraz etdi

Szinpin İlham Əliyevi belə qarşıladı - Video

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla