Yuxarı

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əmək haqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlərlə təsdiqlənib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib:

“Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb.

Artımların neçə faiz olmasına gəldikdə: bu ildən minimum əmək haqqı 16 faiz yüksəlsə də, Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. Yəni tarif cədvəli üzrə daha az maaş alanlarda daha çox, yüksək maaş alanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb”.

Tarix
2025.04.23 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla