Yuxarı

Baş prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.

Baş prokuror çıxışında həmçinin azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Kamran Əliyev vurğulayıb ki, azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.

Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.

Tarix
2025.04.14 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla