Yuxarı

Bayramov BMT rəsmisi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Azərbaycanın BMT-yə üzv olmasından bəri təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkənin BMT-nin fəaliyyətində aktiv iştirakı, təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib, sessiya zamanı əldə olunmuş əhəmiyyətli qərarların, o cümlədən Bakı Maliyyə Məqsədinin qəbul olunmasının vacibliyi diqqətə çatdırılıb.

Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarına, öz yurdlarına ləyaqətli qayıdış prosesinə, habelə ölkənin sülh və yenidənqurma səylərinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.04.14 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla