Yuxarı

AB Rusiyanın atəşkəs şərtindən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Rusiyanın atəşkəs şərti kimi irəli sürdüyü Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Biz yardım proqramı üzərində işləməyə davam edirik”, - Kallas bildirib.

Qeyd edək ki, ötən gün ABŞ və Rusiya liderləri Tramp və Putinin telefon danışığı baş tutub. Müzakirə zamanı Putin 30 günlük atəşkəs təklifini qəbul edib, ancaq şərtlər də irəli sürüb. Atəşkəs şərtlərindən biri də bir ay müddətində Kiyevə silah tədarükünün dayandırılmasıdır.

Tarix
2025.03.19 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev

Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və... - Pezeşkian

Pezeşkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla