Yuxarı

İlbər Ortaylıdan İmamoğlunun həbsi haqda şok sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlbər Ortaylıdan İmamoğlunun həbsi haqda şok sözlər

Bundan 45 il əvvəl çevriliş zamanı həbs olunan bütün siyasi xadimlər sonra yenidən hakimiyyətə gəldilər: Dəmirəl, Ecevit, Baykal. Xalqımız seçki qutusuna və seçilən insanlara hörmət edilməməsini heç vaxt unutmur, ilk fürsətdə cavabını qutuda verir. İllər keçir, üsullar dəyişmir. Biz yenidən tarixi günlər yaşayırıq. Xalq seçki qutusunda verdiyi səsləri, seçdiyi idarəçini izləyir və mesajını çox açıq şəkildə verir: Seçki ilə gələn seçki ilə getməlidir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış professor İlbər Ortaylı İBB sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı deyib.

“Bu gün cəmiyyət gərgindir, gənclər narahatdır, gələcək üçün narahatdırlar. Artan siyasi qütbləşmə və qeyri-müəyyənlik gənclərin beynində “mən nə olacam?” sualını gündəmə gətirir. Ölkənin siyasi həyatı bələdiyyələrdən tutmuş mərkəzi hökumətə qədər, bir neçə əyalətlə məhdudlaşır. Regionalizm qanuna uyğun görünsə də, qəbuledilməz dərəcədə yerli partiyaçılıq meyillərinə və güclü qohumbazlığa əsaslanır.

Bəs başqa şəhərlərdə yaşayan, illərlə oxuyan, xarici dillər öyrənən, təhsil alan gənclər necə? Bu uşaqların səyləri, ümidləri və hüquqları necə olacaq? Gənclərin gələcəyi təmin edilməlidir: Bürokratiya və ədliyyə sistemi yenidən ictimaiyyətin etibarını qazanmalıdır. Bunun üçün böyük böhranların baş verməsini gözləmək lazım deyil. Lazımi qaydalar və islahatlar dərhal həyata keçirilməlidir. Bu məsələ nə siyasi partiyanın, nə iqtidarın, nə də müxalifətin işidir. Bu, birbaşa milli məsələdir. Uşaqlarımızın və gənclərimizin gələcəyi təhlükə altındadır. Və bu məsələ bizim ümumi məsuliyyətimizdir”, - Ortaylı bildirib.

Tarix
2025.03.24 / 00:25
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla